Sosial

AMEA-dan alimlərin Şuşa səfəri ilə aldadılması məsələsinə REAKSİYA

AMEA-dan alimlərin Şuşa səfəri ilə aldadılması məsələsinə REAKSİYA

AMEA alimlərin Şuşa səfəri ilə aldadılması məsələsinə münasibət bildirib.

Akademiyadan Demokrat.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur".

Məlik Demokrat.az

D
demokrat.az