Hərbi

İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR

İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR

Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Mərhum əsgərin yaxınlarıModern.az-a bildiriblər ki, Səid AbdullazadəŞamaxı rayonununMəlikçobanlı kəndində doğulub boya-başa çatıb.

Ailədə dörd uşaq olublar -2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkənxidmət zamanı nədənsə şikayətinin olub-olmamasıbarədə danışmayıb.

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər.

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.

Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

D
demokrat.az