Hadisə

Qazaxda avtomobil piyadaları vurdu

Qazaxda avtomobil piyadaları vurdu

Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub. Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az