Rusiya hərbçiləri Xarkov yaxınlığındakı Çerkassı Tişki kəndini atəşə tutublar.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, rus işğalçıları Çerkassı Tişki qəsəbəsi ərazisində fosforlu sursatlardan istifadə ediblər.
“Xarkov istiqamətində düşmən bölmələri əsas səylərini öz mövqelərini saxlamaq və qoşunlarımızın dövlət sərhədinə daha da irəliləməsinin qarşısını almağa çalışır” - Baş Qərargahdan bildiriblər.
Zamiq Demokrat.az


