Xarici siyasət

“Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram” — Məhəmməd Yunis əl-Mənfi

“Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram” — Məhəmməd Yunis əl-Mənfi

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Demokrat.azxəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

D
demokrat.az