Daşınmaz əmlak alarkən vətəndaşlar ödənilən əlavə dəyər vergisini geri ala biləcəklər. İstər qeyri yaşayış sahəsi, istərsə də mənzil aldıqda ƏDV-nin 30 faizi şəxsin bank hesabına geri qaytarılacaq. Qaydalara əsasən, bu zaman ödəniş nağdsız, yəni bank vasitəsilə həyata keçirilməlidir.
Millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirdi ki, bu imkandan hər kəs yararlana biləcək:
“500 kv metrədək sahəyə ödənilmiş ƏDV-si geri qaytarılacaq. Belə ki, əgər vətəndaş hər hansı bir binadan mənzil alıb həmin mənzilə görə 50000 manat ƏDV ödəyib və bu zamana ödəniş etdikdən sonra həmin məlumat elektron olaraq təmin edir. Bir ay sonra vətəndaşın ödədiyi əlavə 50000 manat ƏDV-nin 15000 manatı bonus olaraq özünə hesabına qaytarılır.”

İmkandan yararlanmaq üçün mütləq daşınmaz əmlakın məbləği tam ödənilməlidir. Bu, ipoteka ilə alınan mənzillərə də aiddir. Yəni mənzilin kredit ödənişi başa çatdıqdan sonra ƏDV-nin 30 faizi geri qaytarılacaq.
“Əgər vətəndaş eyni binadan bir neçə mənzil alibsa, mənzillərin qiyməti fərqli olubsa birinin qiyməti 500, birinin 600 və daha baha olubsa STİK bu zaman ən baha qiymətə aldığı mənzilin ƏDV-i nəzərə alınacaq. 02:23 Əgər vətəndaşın aldığı əmlakin sahəsi 500 kv-dan çoxdursa bu zaman mütənasib olaraq 500 kv-a düşən məbləğ hesablanacaq.”
Məqsəd daşınmaz əmlak üzrə ödənişin bir hissəsini geri qaytararaq alış-verişin nağdsız həyata keçirilməsini təmin etməkdir.
Gülçin Qorxmaz Demokrat.az


