Türkiyəli professor Canan Karatay son açıqlaması ilə yenə diqqətləri öz üzərinə çəkib.
Demokrat.az xəbər verir ki, xanım professor arıqlamaq istəyənlərə öz məsləhətlərini verib.
O, açıqlamasında bildirib ki, əgər insanın bədənində D vitamini azdırsa, o, heç vaxt arıqlaya bilməz.

D vitamini qəbul etməklə bağlı Karatay qeyd edib ki, yayda D vitamini üçün ən ideal Günəş şüalarıdır. Ona görə də Günəş şüaları altında gəzmək lazımdır.
Qışda isə D vitaminini müxətlif qidalardan almaq olar. Bu qidalar sırasında balıq, süd, kərə yağı, yulaf və yumurtanı qeyd etmək olar.
Malik Demokrat.az


