Gündəm

“Brüssel görüşündə Azərbaycanın sülh üzrə əsas prinsipləri təmin edildi”

“Brüssel görüşündə Azərbaycanın sülh üzrə əsas prinsipləri təmin edildi”

İlk təəssürat budur ki, Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın sülh üzrə əsas prinsiplərinin təmin edilməsi ilə yekunlaşıb.

5 saat davam edən uğurlu görüşün nəticələrini belə sıralamaq olar:

- Danışıqlar və onun yekun razılaşmalarında Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib.

- Status məsələsi ümumiyyətlə olmayıb. Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və vətəndaş olacaq ermənilərin təhlükısizliyinə təminat verəcəyini bəyan edib.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.

- Koomunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib.

- Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi.

- Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə edilib.

Müşfiq Ələsgərli Demokrat.az

D
demokrat.az