"Rəisim" mahnısı Azərbaycan dövlətinin keşiyində duran hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr olunub. BunuPravda.az-a açıqlamasında müzakirələrə səbəb olan "Rəisim" mahnısının ifaçısı Mujgan Ayxan bildirib. "Yəni, şəxsən kiməsə həsr olunmayıb. Sadəcə, mahnıdır... Hər sahəyə aid olan mahnılarımız var, rəislərimizə də aid mahnılar ola bilər" - müğənni qeyd edib.


