Şou-biznes

“Eurovision 2019”da bağlanışı Çingiz edəcək

“Eurovision 2019”da bağlanışı Çingiz edəcək

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib.

Demokrat.az xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafazadə “Truth” adlı mahnı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq.

O, ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək. Azərbaycan bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək.

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də keçiriləcək.("Yeni Sabah")

D
demokrat.az