Gündəm Özəl

Deputat: “Biz bütün ssenarilərə hazır ölkəyik“

Deputat: “Biz bütün ssenarilərə hazır ölkəyik“

Hindistan buğda ixracına qadağa qoyub və yeni qanun təcili olaraq qəbul edib. Bu barədə ölkənin Ticarət və sənaye naziri məlumat verib. Hindistanın buğda satışına qadağa qoyması Azərbaycana necə təsir edəcək?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan istənilən ssenariyə hazırdır:

“Azərbaycanın ən azı 6-9 aylıq strateji rezervləri, ehtiyatları var. Biz bu qiymətləri imkan daxilində tənzimləyəcəyik, o cümlədən buğda ilə bağlı. Düşünürəm ki, dünyada Hindistandan başqa daha çox buğda ixracı ilə məşğul olan ölkələr var. Və indi hökumət qurumları bu ölkələrlə, o cümlədən Qazaxıstanla danışıqlar aparır. Qeyd edim ki, biz bütün ssenarilərə hazır olan bir ölkəyik“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az