Sosial

Mirhəsən Seyidov vətəndaşları qəbul etdi — FOTOLAR

Mirhəsən Seyidov vətəndaşları qəbul etdi — FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib.

Demokrat.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Səyyar qəbulda əsasən elektrik xətlərinin və güc transformatorların yenilənməsi, kənd əhalisinin məşğulluğunu artırmaq üçün örüş sahələrinin ayrılması, məktəbəqədər təhsil müəssisəsinin olması, kollektor- drenaj kanallarının təmizlənməsi və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.

D
demokrat.az