Gündəm Özəl

BŞİH açıqladı: “Nəbatat Bağında təmir-bərpa işləri həyata keçiriləcək”

BŞİH açıqladı: “Nəbatat Bağında təmir-bərpa işləri həyata keçiriləcək”

Bir neçə gün öncə KİV-də “Nəbatat Bağında ağaclar kəsilir” başlıqlı xəbərlər yayımlandı. Heç bir fakta əsaslanmasa da, əməlli səs-küyə səbəb oldu. Bağda icra olunacaq yeniliklər və elə bu qeyri-dəqiq xəbərlə də bağlı Demokrat.az saytı olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

BŞİH-nin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov məsələyə aydınlıq gətirdi.

“Mərkəzi Nəbatat Bağı üçün layihə üzərində iş gedir, təmir-bərpa işləri həyata keçiriləcək. Yeni, super bir layihə olacaq. Sadəcə, hələ layihə baxılma mərhələsindədir deyə, biz bəzi məlumatları sizinlə bölüşə bilmirik.”

BŞİH açıqladı: “Nəbatat Bağında təmir-bərpa işləri həyata keçiriləcək”

O, Nəbatat Bağında ağacların kəsilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi.

“Bir neçə gün öncə sosial şəbəkələrdə Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi ilə bağlı söz-söhbətlər yayıldı, hətta saytlarda da bu başlıqda xəbərlər yayımlandı. Amma nədənsə heç kim orda bizim gördüyümüz işləri işıqlandırmadı, sökdüyümüz qanunsuz tikililəri qeyd etmirlər. Halbuki biz orda ağacların daha yaxşı inkişaf edə bilməsi üçün nə qədər asfalt sahəni dağıdıb təmizləmişik, qanunsuz tikililəri sökmüşük. Bir sözlə, daha bol yaşıllıq və oksigen üçün işlər görmüşük. Hətta orda iaşə obyektləri var idi ki, borularından axan çirkli sular ağaclara çox pis təsir edirdi. Bütün bunlar icra olunub, çəkilib, faktdır. Amma o ağacların kəsilməsi barədə fakt yoxdur. Mənə çoxlu zənglər gəldi bu barədə. Dedilər ki, “Nəbatat bağı”ında ağaclar kəsilib. Dedim ki, fakt göstərin. Bu, birmənalı olaraq, yanlış məlumatdır. Ora cənab prezident İlham Əliyev tərəfindən vəsait ayrılıb, biz orda ağacların daha yaxşı inkişafı üçün işlər görürük. Sizcə, orda hansısa ağacın kəsilməsi nə dərəcədə düzgün bir hərəkət ola bilər? Və niyə belə bir şey edək? Təbii ki, tamamilə yanlış fikirdi. Həmin layihə təsdiqlənsin, böyük məmnuniyyətlə sizə ətraflı məlumat verəcəyik. Əminik ki, bu layihə o bağa yeni nəfəs gətirəcək.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az