Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanı ən müasir silahlarla təmin etmək üçün çalışdıqlarını bildirib.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, nazir açıqlamasında deyib:
"Biz ölkənizə hərbi cəhətdən də güclü dəstək verəcəyik. Bu o deməkdir ki, artıq tədarük etdiyimizdən əlavə, bir neçə gündən sonra biz Ukrayna əsgərlərinin təliminə başlayacağıq, özüyeriyən haubitsalardan istifadə etməyi öyrədəcəyik. Ukraynanı ən müasir silahlarla təmin edəcəyik".
Berbok qeyd edib ki, dünya bir daha heç vaxt Putinin vədlərinə arxalana bilməyəcək.
Leyla Demokrat.az


