İdman Özəl

Azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış — Suqovuşanda su şousu (FOTO/VİDEO)

Azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış — Suqovuşanda su şousu (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası çərçivəsində xüsusi su şousu təqdim olunub.

Demokrat.az reqatadan özəl görüntüləri əldə edib.

Suqovuşan su anbarında iştirakçı ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistanın bayraqları ilə bəzədilmiş hidrosikllər dövrə vurublar. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın bayrağı rəngində hava şarları səmaya buraxılıb.

Qonaqlar fleybordların çıxışını maraqla qarşılayıblar.

Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar birnəfərlik kanoe, birnəfərlik və ikinəfərlik kayakqayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüş ediblər.

Reqataya bu gün akademik avarçəkmə yarışları iləMingəçevirdə yekun vurulacaq.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az