Gündəm Özəl

Politoloq: “Paşinyanın revanşist qüvvələr tərəfindən devrilməsinə imkan verilməyəcək”

Politoloq: “Paşinyanın revanşist qüvvələr tərəfindən devrilməsinə imkan verilməyəcək”

“Xəbər verdiyimiz kimi, mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında, mayın 3-də isə Türkiyə və Ermənistanın rəsmi şəxsləri - Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirildi. Tərəflərin açıqlamasında heç bir şərt olmadan prosesi davam etdirmək barədə razılığa gəlindisə, Ermənistanda şüarlarını xalq, millət, dövlət, gələcək kimi dırnaqarası sözlərlə bəzəyib, kütləyə sırımağa çalışan revanşistlər Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün aksiyalarını davam etdirirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, hakimiyyətdə olduqları vaxtda kriminal rejimə rəhbərlik etmiş Köçəryan və Sarkisyanı Ermənistanın gələcəyi və sadə xalq maraqlandırsaydı, regionda düşmənçiliyin daha da qızışdırılmasında, soyqırımlarının törədilməsində birbaşa iştirak etməzdilər:

“Bu aqibəti məhz onlar formalaşdırdılar. Baş verən aksiyalar fonunda Azərbaycandan verilən mesajlar, mövqeyimiz olduqca mühüm əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə çıxış edərkən bildirdi ki, Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır, Aərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Bunu daim diqqət mərkəzində saxlamalı, laqeyd olmamalı və hər zaman ayıq olmalıyıq.

Politoloq: “Paşinyanın revanşist qüvvələr tərəfindən devrilməsinə imkan verilməyəcək”

Eyni zamanda cənab Prezident İlham Əliyev Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar videokonfransda səsləndirdiyi bir fikir mühüm əhəmiyyət kəsb edir ki, Ermənistanın torpaqlarımızı ekoloji fəlakət zonasına çevirməsi də daxil olmaqla törətdikləri cinayətlər, qanunsuz bütün əməllər də cavabsız qalmayacaq və bu barədə bütün hüquqi prosedurlara Azərbaycan start verib, beynəlxalq məhkəmələrə müraciət olunacaq. Bu baxımdan da bir tərəfdən hakimiyyət uğrunda mübarizə aparan “Qarabağ klanı” digər tərəfdən də sülh müqaviləsinin imzalanacağı təqdirdə öz aqibətlərinin necə olacaqlarını aydın dərk edirlər”.

“Düşünmürəm ki, proseslər Paşinyanın istefası ilə nəticələnəcək. Reallıq odur ki, Cənubi Qafqazda postmünaqişə dövrünün davamlı inkişafında maraqlı olan bütün dairələr də bu istiqamətdə öhdəlikləri üzərinə götürən Nikol Paşinyanın revanşist qüvvələr tərəfindən devrilməsinə imkan verməyəcəklər. Amma, o reallığı da hökmən bilməli və nəzarətdə saxlamalıyıq ki, bütün bu etiraz aksiyaları müəyyən mənada hər bir tərəfin maraqlarına xidmət edir, yəni təsir vasitəsi kimi rıçaqlarını əllərində saxlaya bilsinlər. Sabah lazım olan məqamda iddia edilsin ki, sülh müqaviləsinin imzalanması lokal səviyyədə cəmiyyət tərəfindən dəstəklənmədi. Bu baxımdan da dövlət başçımızın bildirdiyi ki, ayıq-sayıq olmalıyıq,”-deyə politoloq əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az