"Süpürgəçi" Sadə peşə adamları, Yorulmasın qolları. Süpür süpürgəçi, süpür- Yolları. Subh tezdən oyanan, Payızı, yazı, yayı, Qışı qarşılayan dan ulduzları. Süpürgəçilər, Tükürpədicilər. Süpur süpurgəçi, süpür. Gündoğanda dalan-dalan, Həyət-həyət, küçə-küçə, Natəmizlikdən yol açar təmizliyə. Sizin varlığınız,bizim sağlıgımız, Ürəyi təmiz, səhəri təmiz, Yolu təmiz süpürgələ. Qəlbimizin çirkablığın Icimizdən yığ silkələ Süpürgəçı. Qoşul mənə süpürgələ, Sənətimizi süpürgələ, Səhnəmizi süpürgələ, Gəl bir yerdə ibrətimizi Niyyətimizi, Süpürə-süpürə heyyətimizi, Qeybətimizi, Yıga-yıga qeyrətimizi Küsdürə-küsdürə pislikləri Uzaqlara, Ucsuz-bucaqsız çöllərə Supurgələ süpürgəçi, Bəlkə onlar süpürkənlə dirçələ. Nadanlıqlar,axmağlıqlar Zibilliyə atılsın. Süpürgənin uclarında Parıltılar pırıl-pırıl Çoxalsın. Şəhərimiz par-par yansın Süpür süpürgəçi ,süpür- Süpürgələ sən ağız içi, yolu ,qırağı, Sevinsin yolun tıxacı. Süpurgələ sən gəlb içi, Bir şairin sözü vare, Təb içi. Biz yaxşı görürük zibillikləri Hər kəsə görünməz Bizə görünən. Süpür bu yolları Ay süpürgəçi, Onsuz da, bu dünya Süpürgəlikdir. Onsuz,da, bu dünya Süpürgəlikdir. Süpür süpürgəçi ,süpür. 2022.29.Aprel. Elza Seyidcahan "Cızmaqaraçı.
"Qoşul mənə süpürgələ..." — Elza Seyidcahandan yeni cızmaqara...
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


