“Pambıq sahələrində taxılın əkilməsi mümkündür”.
Bunu iqtisadçı Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanda taxıl üçün lazım olan komponentlər var.
“Düzdür, bəzi yerlər var ki, orada taxıl əkmək torpağın keyfiyyəti baxımdan mümkün deyil. Amma, bu reallaşrsa, taxıl bütünlükdə pambıq əkinini sıradan çıxarmayacaq. Bu baxımdan taxıl münasib yerlərdə əkilə bilər. Yəni, torpağın keyfiyyəti və suyun daimi olması nəzərə alınaraq əkin aparılmalıdır”.

Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə bu il taxıl əkini həyata keçirilməsi də ölkəmiz üçün müsbət dinamika vəd edir:
“Bildiyiniz kimi, bu günlərdə Xorvatiyadan minatəmizləyən 10 ədəd 2 markalı maşın gətilib. Biri 1500 metr ərazidən idarə olunur və 35 sm torpağın altında olan minaları qeydə alıb zərərləşdirir. Digəri isə 60 sm torpağın altında olan minanı aşkar edərək zərərləşdirir və idarəetmə məsafəsi 3000 metrdir. Bu, o deməkdir ki, artıq kənd təsərrüfatına yararlı olan torpaqlarda taxıl əkini ilə bağlı genişmiqyaslı addımlar atılır. Yəni, tez bir zamanda həmin ərazilər minalardan təmizlənəcək və həmin ərazilərdə taxıl əkiləcək. Bu gün digər ölkələr də Prezidentimizin dünya bazarında taxıl çatışmamazlığını aradan qaldırılması üçün etdiyi addımları alqışlayırlar. Yəni, Cənab Prezident vaxtında müharibəni başlayaraq taxıl böhranından xilas edib kimi ifadələr səsləndirilir. Üstəlik bilirik ki, işğaldan azad olunmuş ərazilərin bir çox su ehtiyatları da bizim nəzarətimizdədir. Bu, ona əsas verir ki, atılan addımlarla ölkə taxıl böhranını hiss etməyəcək”.
Aynurə Pənahqızı Demokrat.az


