Yaponiya hökumətiUkraynaya100 milyon dollar kredit və 2,3 milyon dollar qrant verəcək. Qrant yardımı tibbi avadanlıqların alınmasına sərf olunur.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, UkraynaMaliyyə Nazirliyinin mətbuat xidmətininməlumatına görə, aprelin 28-də Ukrayna və Yaponiya hökumətləri fövqəladə iqtisadiyyatın bərpası sahəsində inkişaf siyasəti üçün qrant haqqında saziş imzalayıblar.
"Yaponiya hökuməti Ukraynaya sərfəli şərtlərlə 100 milyon dollar məbləğində kredit verəcək. Bu, Ukraynada vəziyyəti sabitləşdirmək, xüsusən sosial, humanitar, səhiyyə, məcburi köçkünlərə dəstək prioritetlərini təmin etmək üçün büdcə dəstəyidir. - məlumatda deyilir.
Kreditin qaytarılma müddəti 30 il, o cümlədən güzəşt müddəti 10 ildir;faiz dərəcəsi - illik 1%.
Təxminən 2,3 milyon ABŞ dolları məbləğində qrant yardımı səhiyyə və tibb sistemini dəstəkləmək üçün tibbi avadanlıqların alınmasına yönəldiləcək.
Leyla Demokrat.az


