Gündəm Özəl

Deputat: “Ermənistan siyasətini və yanaşmasını dəyişməlidir”

Deputat: “Ermənistan siyasətini və yanaşmasını dəyişməlidir”

Şuşada beynəlxalq konfrans keçiriləcək. Bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb.

Son zamanlar Şuşada keçirilən tədbirlərin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu tədbirlər həm qələbəmizə ciddi töhfə verir, həm də daha da möhkəmləndirir. Deputatın sözlərinə görə, belə mühüm tədbirlərin Şuşada keçirilməsi eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ edir:

“Erməni vəhşiliyinin ifşası baxımından hesab edirəm ki, belə tədbirlər xüsusi önəm daşıyır. Bilirik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Şuşanı azad etdi və bugün bizim qarşımızda duran mühüm vəzifələrdən biri bu qələbəni möhkəmləndirmək, qısa müddətdə yüksək abadlıq və quruculuq işlərini həyata keçirməkdir. Bu gün Azərbaycan bu işi uğurla həyata keçirir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi də ümumi apardığımız işə öz ciddi töhfəsini verəcək”.

“Bununla Azərbaycan dünyaya bir daha mesaj verir ki, heç zaman ərazilərimizdə erməni təxribatlarına imkan verməyəcəyik. Ermənistan artıq anlamalıdır ki, onun yalnız bir yolu var və o da münasibətləri normalalşdırmaqdır. Şuşada keçirilən tədbirlərdə Azərbaycan Ermənistana həm sülh mesajları verir, həm də Ermənistana xəbərdarlıq edir ki, siyasətini və yanaşmasını dəyişsin. Hesab edirəm ki, belə tədbirlər nə qədər çox keçirilsə, bir o qədər ümumi işimizin möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin təbliğinə, dünya ictimaiyyətinə çatdırılmasına öz ciddi töhfəsini verəcək. Bir müddət əvvəl Zəfər Qurultayının keçirilməsi, həmçinin Milli Məclisin Komitə iclası keçirilməsi və s. bütün bunlar ümumi apardığımız işə hesablanmış mühüm addımlar və siyasətimizin tərkib hissəsidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az