Gündəm Özəl

Avropa Komissiyası Ukraynanı bu rüsumlardan xilas etdi

Avropa Komissiyası Ukraynanı bu rüsumlardan xilas etdi

Avropa Komissiyasıbir il ərzində Ukrayna ixracına dairrüsumların və kvotaların ləğvi ilə bağlı razılığa gəlib.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimr Zelenski videomüraciətində bildirib.

O qeyd edib ki, hazırda Avropa İttifaqının mühüm qərarı hazırlanır.

“Avropa Komissiyası Ukraynanın ixracına dair bütün rüsumları və kvotaları bir il müddətinə aradan qaldırmağa, həmçinin antidempinq tariflərini dayandırmağa razılaşıb”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, o, bu təklifin təfərrüatlarını bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə müzakirə edib.

Leyla Demokrat.az

D
demokrat.az