"Mariupolda döyüşlər dərhal dayandırılmalıdır ki, mülki əhalinin təxliyə imkanları olsun".
Demokrat.az“RİA Novosti”-yə istinadən bildirir ki, bu barədəBMT-nin Ukrayna üzrə Böhran Koordinatoru Amin Avad bildirib:
"Mariupoldaqadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır. Həyatları xilas etmək üçün hazırda döyüşlərdə fasilə lazımdır. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onlara bu gün təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər", - Avad açıqlamasında bildirib.
Leyla Demokrat.az


