Gündəm Özəl

"Ukrayna və Rusiya birgə bəyannamə üzərində işləyirlər"— Çavuşoğlu

Ukrayna və Rusiya birgə bəyannamə üzərində işləyirlər— Çavuşoğlu

"Ukrayna və Rusiya tərəfləri birgə bəyannamə üzərində işləyirlər.SənədUkraynadakı vəziyyəti həll etmək üçün hazırlanır".

Demokrat.az xəbər verir ki, bu barədəTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib:

"Bu prosesdə birgə bəyannamə layihəsi var. Əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır".

Eyni zamanda o, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini diqqətə çatdırıb.

Diplomat qeyd edib ki, son qərar Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinin ixtiyarındadır.

Qeyd edək ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasındadanışıqların birinci raundu baş tutub.Bu danışıqlarda Ukrayna onun üçün yeni təhlükəsizlik təminatları sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edib.

Leyla Demokrat.az

D
demokrat.az