Gündəm Özəl

Ukrayna Xersonda 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib — Rusiya ağır itkilərlə geri çəkilib

Ukrayna Xersonda 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib — Rusiya ağır itkilərlə geri çəkilib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Demokrat.az bu barədə “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə "Cənub" Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilir ki, Ukraynanın hərbi bölmələri müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Posad-Pokrovskoye üzərində növbəti hücum zamanı Kiselevka bölgəsində Rusiyanın canlı qüvvə və texnikası atəşə tutulub. Rusiya ordusu xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Ukrayna Silahlı Qüvvələri Xersonda azad edilmiş yaşayış məntəqələrinin adını çəkmir. "Cənub" Əməliyyat Komandanlığının məlumatına görə, aprelin 23-də Rusiya tərəfindən 74 hərbçi öldürülüb, 13 texnika, 2 tank, reaktiv yaylım atəş sistemi, 6 zirehli və mühəndis texnikası, 4 kəşfiyyatçı PUA-sı sıradan çıxarılıb.

Zamiq Demokrat.az

D
demokrat.az