Ukraynanın Melitopol şəhərindəki Bolqarıstanın konsulu oğurlanıb.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov məlumat verib.
“Bütün ölk üzrə 50-dən çox həmkarım oğurlanıb. Hazırda onlardan 29-u qarşı tərəfin həbsxanasında saxlanılır. Bir neçə saat əvvəl məlum olub ki, Melitopolda Bolqarıstanın fəxri konsulu oğurlanıb”,- deyə o bildirib.
Melitopoldakı əməliyyat vəziyyətinə gəlincə, Fyodorov bildirib ki, artıq dördüncü gündür ki, Rusiya hərbçiləri Zaporojye istiqamətinə yollanmaq istəyən sakinləri buraxmırlar.
“Son dörd gündə onlar Zaporojyedə istənilən evakuasiya marşururtu tamamilə bloklanıb. Yalnız Krıma getməyə imkan verirlər”, - deyə o bildirib. Zamiq Demokrat.az


