Gündəm Özəl

Deputat: “Qurultay dünya azərbaycanlılarının birləşməsi üçün çox önəmli olacaq”

Deputat: “Qurultay dünya azərbaycanlılarının birləşməsi üçün çox önəmli olacaq”

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat vurğulayıb ki, dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycanda, doğma torpaqlarında, Şuşada bir araya gəliblər:

“İlk olaraq, bu xoş gün münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Qeyd edim ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüş, ölkəmiz daha da güclənmiş, nüfuzunu artırmış və ərazi bütövlüyünü təmin etmişdir. Hazırda tədbirdə 65 ölkədən 400 nəfərə qədər diaspor nümayəndəsi iştirak edir. Bununla da, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar”.

Deputat: “Qurultay dünya azərbaycanlılarının birləşməsi üçün çox önəmli olacaq”

Deputat qeyd edib ki, Şuşada keçirilən qurultay hər kəs üçün xüsusi əhəmiyyətə malikdir:

“Bu gün Şuşa şəhəri dünya azərbaycanlılarının qurultayına ev sahibliyi edir və dünyada yaşayan azərbaycanlılar da Şuşada - öz vətənlərində bir araya gəliblər. Bu sevindirici gün Müzəffər Ali Baş Komandanımızın və şanlı Azərbaycan ordusunun nailiyyətidir. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli olacaq. Beləliklə, Azərbaycanda son illər ərzində diaspor təşkilatları ilə qurulan işlər, əlaqələr tam yeni bir vəziyyətə gəlib. Bu gün Azərbaycan müxtəlif ölkələrdə hər hansı bir tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilir. Təbii ki, Dünya Azərbaycanlılarının keçirilən V Qurultayı tarixə qızıl hərflərlə yazılacaq və bu görüşdə səslənəcək fikirlər, aparılacaq müzakirələr dövlətimizin imkanlarını daha da genişləndirəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az