Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yüksək vəzifəli şəxsləri və onların həyat yoldaşları daxil olmaqla 29 vətəndaşını "stop" siyahısına daxil edib.
Demokrat.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya tətbiq edilənlər arasında “Meta”nın qurucusu Mark Zukerberqin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də var.
Həmçinin 61 kanadalıya da "stop" qoyulub.
Bildirilib ki, yaxın günlərdə Rusiya XİN ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq “stop” siyahısını artıracaq.
Leyla Demokrat.az


