Gündəm Özəl

Şuşa qurultayında müzakirə olunacaq məsələlər açıqlandı — RƏSMİ

Şuşa qurultayında müzakirə olunacaq məsələlər açıqlandı — RƏSMİ

Şuşada təşkil ediləcək Dünya azərbaycanlılarının V qurultayı ilə əlaqədar hazırlıqlar yekunlaşmaq üzrədir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Cavid İsmayıl Demokrat.az-a görülən işlərdən danışıb:

“Dünya azərbaycanlılarının Şuşada keçiriləcək V qurultayına hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayda 65 ölkədən 400 diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iki paneldən ibarət olacaq. Bu panellərin birində postmüharibə dövründə Azərbaycan Diasporunun qarşısında duran vəzifələr, digərində isə Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan Diasporunun rolu mövzuları müzakirə olunacaq”.

Şuşa qurultayında müzakirə olunacaq məsələlər açıqlandı — RƏSMİ

Dünya azərbaycanlılarının qurultayının tarixdə ilk dəfə Qarabağda keçirilməsindən danışan komitə rəsmisi bu hadisənin dərin iz buraxıcağını düşünür:

“Dünya azərbaycanlılarının qurultayları tarixində ilk dəfədir ki, bu mötəbər tədbir Qarabağda keçirilir. Bu baxımdan, tədbirin siyasi və tarixi əhəmiyyəti böyükdür. Xarıbülbül festivalından sonra Şuşada keçirilən 2-ci ən böyük tədbirdir. Elə əlamətdar tədbirdir ki, buna hətta bayram da demək olar. Bu münasibətlə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Qurultay həm də diasporun qarşısında duran yeni hədəfləri müəyyənləşdirəcək. Düşünürəm ki, kifayət qədər yaddaqalan tədbir olacaq”.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az