Region Özəl

Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Sabah Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi üzrə məhkəməsi keçiriləcək.

Demokrat.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, məhkəmə saat 12:00-da Tbilisi Şəhər Məhkəməsində baş tutacaq.

Məhkəmədə Mixeil Saakaşvili də iştirak edəcək .

İclasda ittiham tərəfinin sübutları araşdırılacaq.

Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə əlaqədar istintaqı oktyabrın 1-dən başlanılıb.

Leyla Demokrat.az

D
demokrat.az