Sosial Özəl

Qızıl son həftələrdə niyə bahalaşdı? — SƏBƏB

Qızıl son həftələrdə niyə bahalaşdı? — SƏBƏB

Dünya qızıl bazarında qiymətin bahalaşması Azərbaycan bazarına da təsir göstərib. Əvvəlki illərdə 585 əyar qızılın qramı 78-80 manata idisə, hazırda 88-90 manat arasında dəyişir. Bu isə alıcıları narazı salır.

Demokrat.az qızıl bazarında son qiymətlərlə maraqlanıb. Belə ki, qızılın qiyməti əyarına və onu istehsal edən şirkətə görə dəyişir.

Gündəlik istifadə üçün daha çox 585 əyarlı türk qızılına üstünlük verilir:

“85-88 manat arası türk qızılının qiyməti dəyişir. 750 əyarlı qızıl 110-115 manat arasında dəyişir. Çəki fərqi olaraq, az çəkili 120 manat arası, amma biraz çəki qalxdıqca qiymət aşağı düşür. 583 isə tək nadir hallarda alınır. Ərəb qızıllarının bir qramı 120 manat arasında, 120-125 manat arasında dəyişir. Deyək ki, iki həftə ərzində qiymətlər 3-5 manat arası qalxıb”.

İqtisadçı Zahid Məmmədov bildirir ki, qızıl və gümüşün qiymət artımının səbəbi qlobal bahalaşma ilə bağlıdır.

Qızıl son həftələrdə niyə bahalaşdı? — SƏBƏB

“Bunun əsas səbəblərindən biri vətəndaşların tələbi və sənayedə qızılın istifadəsidir. İkincisi, mərkəzi bankların qızıl valyuta ehtiyatlarını çoxaltması, üçüncüsü, inflyasiyadan qorunma, devalvasiyadan sığortalama kimi istifadə olunur və qızıl istehsalında olan azalmaların da təsiri var.”

Ekspertlər bahalaşmanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırır.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az