Gündəm Özəl

Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim etdi

Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb:

“Prezident Vladimir Zelenski Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizə Aİ üzvlüyünə namizəd statusu almaq üçün doldurulmuş sorğu vərəqini təhvil verib”

"Ukrayna xalqını bu məqsəd birləşdirir - özünü bərabərhüquqlu, Avropa Birliyinin bir hissəsi kimi hiss etmək", - Zelenski deyib.O, sorğu vərəqəsinin təqdim edilməsində operativ fəaliyyətinə görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Maasikasa təşəkkür edib.

Leyla Demokrat.az

D
demokrat.az