Ukrayna Prezidenti Volodimr Zelenski altı ukraynalı hərbçini dövlət mükafatı ilə təltif edib.
Demokrat.az“Ukrinform”a istinadən xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub .
Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi fədakar hərəkətlərə, hərbi borcunu nümunəvi yerinə yetirməsinə görə Zelenski polkovnik-leytenant Dmitri Şepetkovskini "Danilo Halitski" ordeni ilə təltif edib. Bundan əlavə, dövlət başçısı kapitan Yevgeniya Volivnik, baş leytenant Yeqor Kuviçinski və kapitan Marina Piveni “Ukraynada hərbi xidmətlərə görə” medalı ilə təltif edib.
Zelenski həmçinin polkovnik-leytenant Aleksandr Tkaçenko və polkovnik Artem Yarılovetsi üçüncü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edib.
Leyla Demokrat.az


