ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın Rusiya təcavüzündən müdafiə qabiliyyətini gücləndirmək üçün Ukraynaya təhlükəsizlik və müdafiə sahəsində ümumi dəyəri 800 milyon dollar olan əlavə yardım paketini təsdiqləyib.
Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərininprezident Volodimir Zelenski ilə söhbətinin yekunlarına dair rəsmi bəyanatında deyilir:
“Mən indicə Prezident Zelenski ilə danışdım və onunla bölüşdüm ki, administrasiyam Ukraynaya silah, döyüş sursatı və digər təhlükəsizlik yardımı üçün daha 800 milyon dolları təsdiqləyir”, - deyə Prezident Bayden bildirib.
Leyla Demokrat.az


