Region Özəl

Türkiyədə “Kişi varsa, buraya gəlsin” deyən suriyalı ölkədən qovuldu

Türkiyədə “Kişi varsa, buraya gəlsin” deyən suriyalı ölkədən qovuldu

Türkiyədə yaşayan suriyalı kişinin davranışı ətrafdakıları təəccübləndirib.

Demokrat.az xəbər verir ki, suriyalı Həmzə Hammam adlı kişi küçənin ortasında stul qoyub oturub və gəlib-gedənləri təhdid edib.

Hadisə şahidlərinin sözlərinə görə, o, "aranızda kişi varsa, buraya gəlsin" deyərək ətrafdakıları təhdid edib.

Daha sonra polis idarəsinə aparılan suriyalı günahını boynuna almayıb.

Qeyd edək ki, Həmzə Hammam bu hərəkətinə görə Türkiyədən deportasiya ediləcək.

Türkiyədə “Kişi varsa, buraya gəlsin” deyən suriyalı ölkədən qovuldu

Malik Demokrat.az

D
demokrat.az