Xəbər verdiyimiz kimi, Qarabağda azərbaycanlılarla sülhməramlılar arasında dava olması və nəticədə bəzi şəxslərinin yaralanması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Qarabağda azərbaycanlılarla sülhməramlılar arasında dava olması ilə bağlı yayılan xəbəri həqiqətə uyğun hesab etmir:
“Belə bir məsələ olsaydı müvafiq qurum tərəfindən rəsmi açıqlama verilərdi. Dünəndən belə bir rəsmi açıqlama olmadığına görə, bu tipli xəbərlərə inanmağı doğru hesab etmirəm. Bu cür xəbərləri yayanlar ola bilsin ki, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən erməni mənbələri ola bilər. Ona görə də, düşünürəm ki, mətbuatımız rəsmi istinad nöqtəsi olmadan bu tipli xəbərləri yaymamalıdır”. Aynurə Demokrat.az


