Gündəm

"Sputnik" mediasının baş redaktoru Yelena Çerışevaya Estoniyanı tərk etmək qadağan edilib

Sputnik mediasının baş redaktoru Yelena Çerışevaya Estoniyanı tərk etmək qadağan edilib

"Sputnik" mediasınınbaş redaktoru Yelena Çerışevaya Estoniyanı tərk etmək qadağan edilib.

Visiontv.azRİA Novosti-yə istinadən xəbər verir ki,Estoniya məhkəməsi “Sputnik” mediasınınbaş redaktoru Yelena Çerışevaya Estoniyanı tərk etməyi qadağan edib.

Çerışevanın Ria Novosti agentliyinə verdiyi məlumata görə, onun texniki avadanlıqları, telefonları və pul vəsaitləri müsadirə edilib. Jurnalist ittihamları “tam cəfəngiyat” adlandırıb və əlavə edib ki, Estoniya hakimiyyəti onu “Rossiya Seqodnya” agentliyinin baş direktoru, Aİ sanksiyaları altında olan Dmitri Kiselevlə əlaqədə ittiham edir.

Cherysheva əlavə etdi ki, ona qarşı iş ötən il açılıb, "hakimiyyət telefonları dinləmək üçün icazə alıb". Baş redaktor aprelin 6-da “sülhə qarşı cinayətlər” və beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinərək saxlanılıb. Uzun müddət onunla əlaqə yox idi. İki gündən sonra təhlükəsizlik qüvvələri jurnalisti sərbəst buraxıb.

D
demokrat.az