Aprelin 11-də ABŞ prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə virtual görüş keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yer alıb.
“Prezident Bayden Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinin nəticələri və onun qlobal ərzaq və əmtəə bazarlarına sabitliyi pozan təsirinin yumşaldılması ilə bağlı yaxın məsləhətləşmələrimizi davam etdirəcək”, – Ağ Evin bəyanatında deyilir.
Bundan əlavə, prezident Bayden və Baş nazir Modinin COVID-19 pandemiyasına son qoyulması, iqlim böhranı ilə mübarizə, qlobal iqtisadiyyatın gücləndirilməsi daxil olmaqla bir sıra məsələlər üzrə əməkdaşlığı müzakirə edəcəyi bildirilir.
Hindistan lideri ilə görüş Rusiyanın Qərbin sanksiyalarından yan keçmək üçün bu ölkə ilə ticarətdən istifadə etmək cəhdləri səbəbindən vacibdir. Xüsusilə, bir həftə əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın Rusiya neftini alması və ölkələr arasında hesablaşmalar üçün SWIFT ödəniş sisteminin analoqunun yaradılması imkanlarını müzakirə etmək üçün Hindistana səfər edib.
Zamiq Demokrat.az


