Bu gün Əfsanəvi Taborun sarı Komutanı, Vətən Müharibəsi Şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinovun cənnətdə doğum günüdür.
Demokrat.az xəbər verir ki, bu münasibətlə Salyan rayonu Çuxanlı kəndində Vətən Müharibəsi Şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinovun doğulduğu evin qarşısında ucaldılmış anım abidəsi önündə doğum günü qeyd edilib. İlk öncə dövlət himni səsləndirilmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, rayon ictimaiyyətinin nümayəndələri, kənd əhalisi, şəhid qohumları, şəhid valideynləri və şəhidin ailə üzvləri və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də iştirak ediblər.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Şəhid anaları çıxışlarında şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək , onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər. Sonra ümumtəhsil məktəblərinin şagirdləri şeir kompozisiyası səsləndiriblər.
Sonda Çuxanlı kənd qəbiristanlığında Vətən Müharibəsi Şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.











Məlik Demokrat.az


