Sosial Özəl

Kimlərə oruc tutmaq olmaz? — Terapevtdən açıqlama

Kimlərə oruc tutmaq olmaz? — Terapevtdən açıqlama

Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Amma sağlamlığında elə problemlər olan insanlar var ki, oruc tutmaq onların xəstəliyinin ağırlaşmasına səbəb ola bilər.

Bu barədə terapevt Arzu Hüseynova Demokrat.az-a müsahibəsində bildirib.

“Əslində, oruc tuta bilməyən insanlar bu baxımdan iki qrupa bölünə bilər:

Birinci qrupa, ümumiyyətlə, əks göstəriş hesab olunur.

İkinci qrup isə, oruc tutmağa başlayar, lakin gedişatdan asılı olaraq və həkim məsləhəti ilə orucu pozmağa məcbur olarlar.

Kimlərə oruc tutmaq olmaz? — Terapevtdən açıqlama

Xüsusilə, insulindən asılı olan şəkər xəstələri üçün oruc tutmaq risklidir. Onlar mütləq bir-iki gün baxmalıdır, yoxlamalıdır. Çünki, onlarda aclığa dözüm olmur. Əgər onlarda qəfildən qanda şəkərin miqdarı qalxa bilər və ya əksinə, ona görə orucu pozmağa məcbur ola bilərlər. Bu xəstələr ehtiyatlı olmalıdırlar. Mədə xəstəlikləri, qanaxma ilə müşahidə olunan mədə yaraları olan insanlar daim dərman, qida qəbul etməlidirlər. Ona görə belə xəstələrə oruc tutmaq məsləhət görülmür. Allergik xəstələr və fiziki cəhətdən çox zəif insanlar üçün də oruc tutmaq riskilidir. Onkoloji xəstələr üçün də oruc tutmaq olmaz. Əməliyyatdan çıxmış, yataq xəstəsi olan insanlara tamamilə əks göstərişdir. Bir də hamilə və süd verən qadınlar oruc tutmaq olmaz. Çünki onlar tam qidalanmayanda döl də qidalanmır. Buna görə onlar günboyu qidalanmalıdırlar.

Lakin, təzyiq xəstələri, ürək və qan-damar sistemi xəstəlikləri olan insanlarda çox problem yaşanmır”.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az