Gündəm Özəl

Deputat: “Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb"

Deputat: “Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb

“Ötən gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə növbəti üçtərəfli görüş baş tutdu. Hesab edirəm ki, bu görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq, ölkələr arası etimad mühiti yaratmaq baxımından çox əhəmiyyətli oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov vurğulayıb ki, üçtərəfli görüşdə dövlət başçıları Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərdən ibarət ikitərəfli komissiyaların yaradılmasını qərara alındı: “Həm də 26 noyabr 2021-ci il Soçi Bəyanatına uyğun Birgə Sərhəd Komisiyasının aprelin sonuna qədər çağırılması qərar alındı. Bu komisiyanın mandatına əsasən həll olunmalı məsələlər müəyyənləşdirildi. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhələrinin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaq”.

Deputat: “Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb

Millət vəkili qeyd edib ki, Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanıb: “Çünki, Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi sivil dövlətlərarası qonşuluq münasibətlərin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə də uyğundur. Prezidenti Şarl Mişel kommunikasiyaların açılmasını dəstəklədiyini ifadə edərək, ölkələr arası etimad mühitinin formalaşmasında və yenidəqurma, bərpa işlərində, o cümlədən minalardan təmizlənmə işlərində Avropa İttfifaqının dəstək verməyinə hazır olduğunu bildirib”.

“Üçtərəfli görüşdə prezident Mişelin məsələlərə ədalətli yanaşması, regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyinə hazır olduğunun ifadə etməsi, Avropa İttifaqının yaratdığımız yeni reallığı qəbul etdiyinin göstəricisi hesab edirəm. Sonda deyə bilərəm ki, cənab Prezidentin Brüsselə səfəri yeni reallığa uyğun gündəlikdə duran bir çox məsələlərin həllinə yeni impuls verilməsi baxımından çox məhsuldar və əhəmiyyətli olmuşdur. Məsələlər üçtərəfli görüşlərdə yüksək səviyyədə razılaşdırıldı. Amma nəticəsi isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə konstruktiv yanaşmasından asılı olacaq. Əgər Avropa İttifaqı üçtərəfli görüşlərdə razılaşdırılan məsələlərin həll olunması üçün Ermənistana təzyiq göstərərsə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər,”- deyə deputat qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az