Ağdaşda 62 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Demokrat.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Mehrəli Mütəllibov dəm qazından boğularaq ölüb.
Onun yaşadığı evin həyətindəki hamamda çimərkən boğulduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)


