Gündəm

Döyüşdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq təklif edilir

Döyüşdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq təklif edilir

“Ukraynada döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq verilsin!”.

Demokrat.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) ölkələrinə müraciətində Aİ Şurasının prezidenti Şarl Mişel deyib.

“Bu, qiymətli ideyadır”,- deyən Mişel Aİ ölkələrini bu barədə düşünməyə çağırıb.

Şura rəhbəri rus hərbçilərə də çağırış edib: “Ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın, döyüş meydanını tərk edin”.

Demokrat.az

D
demokrat.az