ABŞ Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq edib.Rusiyanın ən böyük maliyyə institutu “Sberbank” və onun ən böyük özəl bankı “Alfa-Bank”a qarşı tam bloklayıcı sanksiyalar qoyulub.
Demokrat.az bildirir ki, bu barədə ABŞ-ın Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verib.
" Hamınızın bildiyi kimi, biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini kəsməklə və onun ABŞ-ın maliyyə sistemi və ya müttəfiqlərimizlə əlaqəli bütün aktivlərini dondurmaqla maliyyə problemlərinə səbəb olmağa çalışdıq. Bu gün biz Rusiyanın ən böyük maliyyə qurumu Sberbank və onun ən böyük özəl bankı Alfa Bank-a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etməklə maliyyə zərbəsini daha da gücləndiririk”, - deyə o bildirib.
Leyla Demokrat.az


