“Türkiyənin "Bayraktar" döyüş pilotsuz uçuş aparatlarının Ukraynaya təhvil verilməsi Rusiya cəmiyyətində ağrı ilə qarşılanır”.
Demokrat.az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Aydınlıq” qəzetinə müsahibəsində belə deyib.
“Burada mənə tez-tez verilən bir suala toxunmaya bilmirəm: türk “Bayraktar”larının Ukraynaya tədarükünə münasibətimiz necədir? Yaxşı, tam səmimi olacağam: bu çatdırılmaların Rusiya cəmiyyətində nə qədər ağrılı qəbul edildiyini təsəvvür belə edə bilməzsiniz. “Biznes biznesdir” kimi izahlar başa düşülmür. Çünki sizin dronlarınız əsgərlərimizi öldürür, bunun üçün alınır. Yeri gəlmişkən, xatırlayıram ki, Türkiyənin müttəfiqi olduğunu iddia edən bir ölkənin “mehmetcik”lərin döyüşdüyü şəxslərə külli miqdarda silah ötürmək vərdişi var və bu, Ankaranın çox xoşuna gəlmir. Bu, bizə nə üçün xoş gəlməlidir?”, - diplomat belə deyib.(cebhe.info)


