Gündəm

“Putinin Ukraynada soyqırım həyata keçirməsinə göz yuman Qərbi anlamaq mümkün deyil”

“Putinin Ukraynada soyqırım həyata keçirməsinə göz yuman Qərbi anlamaq mümkün deyil”

“Ukraynada baş verənlər planetin əsas əşrəfi sayılan insanın bütövlüklə məhv olmasına bir addım qaldığının həqiqət ola biləcəyinə şübhə yaratmır. Planetin yaranmasının tarixi hələ də dəqiqliklə müəyyənləşdirilməyib. Bu tarixin alimlər 2 milyarddan 5 milyard ilə qədər ola biləcəyini iddia eirlər. Tarix üzərindən öz ambisiyasının qurbanı olan birinin xətt çəkəcəyi dəhşətə bənzəyir, amma real da ola bilər. XXI əsrin 22-ci ilində Rusiyanın əbədi prezidenti Putinin Ukraynada açıq-aşkar soyqırım həyata keçirməsinə göz yuman Qərbin siyasətini anlamaq mümkün deyil”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Qərb Rusiyanın azı bir neçə milyon ukraynalını öldürməsinə və işğal edilməsinə qədər hər şeyə göz yumacaq: “Sonrası daha acınacaqlı olacaq. Ruiya Baltikyanı ölkələri və başqalarını şantaj edəcək”.

Məlik Demokrat.az

D
demokrat.az