“Xalqa, cəmiyyətə islamdan dəm vurub, “bir tikəyə və hətta aclığa şükür edin”, “Allahın yazısıdır, belə məsləhətdir” deyib insanları təsəlli edən din xadimlərinin hamısı lüks həyat yaşayırlar. Nəticə olaraq belə din yalanlar üzərində qurulursa mən o dini qəbul etmirəm…” Demokrat.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib. “Sizə sadə həyat arzu edən dindarların zənginliyinə baxın, hər şey aydın olacaq. Onlara bu zənginliyi Allah verməyib. Onlara bu zənginliyi kütlənin din pərdəsi ilə yönləndirilməsində maraqlı olan kəslər verib. Mənim dinim ədalətdir, haqdır…
Dünyada olan bütün dini liderlərini yığsan bir yerə “Aspirin” dərmanı qədər faydalı deyillər…” – A.Layıc qeyd edib.


