İdman

“Qarabağ” autsayderə qarşı

“Qarabağ” autsayderə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Demokrat.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” “Səbail”i qəbul edəcək.

Günün digər oyununda isə “Sabah” “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

2 aprel (şənbə)

16:00. “Qarabağ” – “Səbail” Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Maşallah Əhmədov "Azersun Arena".

18:15. “Sumqayıt” – “Sabah” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: İlham Əliyev “Kapital Bank Arena”.

Məlik Demokrat.az

D
demokrat.az