Hadisə

Bakıda 25 yaşlı gənci maşın vurdu

Bakıda 25 yaşlı gənci maşın vurdu

Bakıda 25 yaşlı gənc oğlanı avtomobil vurub.

Demokrat.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Bilgəh qəsəbəsində 1997-ci il təvəllüdlü Cəlilov Rauf Vaqif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az