Gündəm Özəl

Deputat: “Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”

Deputat: “Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”

“Azərbaycan Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən bu cür görüşlərdə maraqlıdır. Məhz vasitəçisiz ikitərəfli görüşlər Azərbaycanın maraqlarına xidmət edir, üstəlik danışıqlar prosesi üzərində hər hansı bir gücün inhisarçılığı da bizim üçün arzulanan deyil ”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, bu qəbildən olan görüşlərdə əsas olan təşkilatçının deyil, Azərbaycanın maraqlarıdır:

“Bilirsiniz ki, Cənab Prezidentin Ermənistan rəhbərliyi ilə ikitərəfli görüşlərə başlamağın vaxtının çatması ilə bağlı açıqlaması var. Avropa Birliyinin belə bir görüşün baş tutmasında təkilatçılığına gəldikdə isə bu, birinci dəfə deyil. Ötən ilin dekabrında da , Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu. Düzdür, Ermənistan tərəfi həmən görüşdə öz üzərinə götürdüyü müəyyən öhdəliklər vardı ki, hələ də onlara əməl etməyib. Həmən öhdəliklərdən biri də kommunikasiyaların açılması məsələsi idi. Avropa Birliyi də bu yöndə öz maliyyə dəstəyini göstərəcəyini vəd etmişdir. Bütün bunlara baxmayaraq, Ermənistan kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılmasını gecikdirdi. Bu səbəbdən də biz İranla Zəngilanı Naxçıvana birləşdirəcək kommunikasiya bağlantısı haqda memorandum imzaladıq. Müəyyən vaxtdan sonra hər iki ölkənin, eyni zamanda da regionun digər dövlətlərinin, ilk növbədə də qardaş Türkiyənin marağında olan bu layihə reallaşdırılacaq. Bununla da, demək olar ki, Ermənistanın əlində olan əsas kartlardan biri vurulub”. Millət vəkili qeyd edib ki, indi Azərbaycan bu görüşə daha güclü mövqedə gedir:

“Ümid edirəm ki, bu dəfə cənab Prezidentin özünün də ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən, bildirdiyi kimi, məhsuldar nəsə ola bilər. İndiki geosiyasi reallıqd, Azərbaycanın mövqelərinin həm Qarabağda, həm də kommunikasiya məsələsində daha da güclənməsi bunu diktə edir. Görüşün Brüsseldə keçirlməsi də Azərbaycanın maraqlarına cavab verir. Xatırlayırsınızsa, Şarl Mişel ötən il Azərbaycanda səfərdə olarkən cənab Prezident ölkəmizdə Avropa Birliyinə güvənildiyini vurğulamışdı. Həm də bu fikirlər Minsk qrupu həmsədrlərini tənqid fonunda səsləndirilmişdir. Ona görə də, bu görüş həm format baxımından, həm də keçirildiyi yer baxımından Azərbacanı qane edir. Əsas budur ki, Azərbaycan irəli sürdüyü 5 təklif var və Ermənistan tərəfi bununla bağlı konstruktiv mövqe sərgiləməyə başlayır. Bilinmir ki, bu göstəridir yoxsa reallıqdır. Amma hər halda belə bir mövqe ortada var”.

Millət vəkili bu dəfəki görüşə nikbin baxdığını vurğuladı: “Azərbaycan savaş başa çatandan üzü bəri diplomatik müstəvidə aparılan bütün danışıqlarda öz gündəliyini, öz mövqeyini diktə etməyi və öz marağını qorumağı bacarır. Bilirsiniz ki, bu görüş öncəsi dünən Rusiya prezidenti Vladimir Putinin həm cənab İlham Əliyevə, həm də Ermənistan baş naziri Nikol Paşinyana telefon zəngləri oldu. Bu telefon danışıqları zamanı 9-10 noyabr üçtərəfli bəyanatında əksini tapan, 2021-ci il 11 yanvar və 26 noyabr üçtərəfli görüşdə razılaşdırılan bütün məsələlərin ardıcıl həllinin vurğulandığı bildirilir. Təbii ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir. Çünki sözü gedən həmin üçtərəfli bəyanatda reallaşdırılmayan məsələlərdən məhz biri Qarabağdakı qanunsuz silahlı birləşmələrin ləğv olunaraq oradan çıxarılmasıyla bağlı Rusiya hərbi kontingentinin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsidir. Ümid edirik ki, bu yöndə tez bir zamanda irəliləyiş olacaq. Fərrux ətrafında baş verənlərdə göstərdi ki, ya elə, ya da belə həmin qanunsuz silahlı birləşmələr Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu olan torpaqlarımızdan rədd olub gedəcəklər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az