Gündəm

Deputat MİDA-nı tənqid etdi: “Cəmi 4-5 saniyənin içərisində...”

Deputat MİDA-nı tənqid etdi: “Cəmi 4-5 saniyənin içərisində...”

“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA-red) bir neçə saniyə ərzində 442 mənzil satışını həyata keçirməsi həqiqətə uyğun deyil. MİDA bununla əlaqədar daha anlaşıqlı məlumat paylaşmalı, səbəbləri aydınlaşdırmalıdır. Texnologiya nə qədər böyük imkanlara malik olsa da, cəmi 4-5 saniyənin içərisində 400-dən çox mənzilin satışı həyata keçirilə bilməz. Heç olmasa, 20 dəqiqə, yarım saat vaxt aparsaydı, inandırıcı olardı”.

Bu barədə Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, əhalinin mənzillə təminatı həssas məsələdir, ictimaiyyətin diqqətindədir: “Ona görə də məsələyə faktlarla aydınlıq gətirilməlidir. Belə şübhəli işlərə getmək olmaz. Bu gün dövlət aşkarlıqdan danışır, aşkarlığı təbliğ edir. Belə olan halda, hansısa təşkilat, şirkət və ya qurum aşkarlığı təmin etmirsə, sözsüz ki, ictimaiyyət arasında narazılıq yaranır. Hər kəs nəyin necə olduğunu yaxşı bilir. Biz niyə şübhə doğuracaq fəaliyyətlə məşğul olmalıyıq?! Yaxşı hal hesab etmirəm, anlaşılan deyil. Ona görə də ictimaiyyətin narazılığını doğru hesab edirəm. MİDA əsaslandırılmış informasiya yaymalıdır”.

Demokrat.az

D
demokrat.az